Çərşənbə axşamı səhər saatlarında dolların digər əsas dünya valyutalarına nisbətdə məzənnəsi düşür. Bazarlar çərşənbə günü açıqlanacaq ABŞ-ın inflyasiya məlumatlarını səbirsizliklə gözləyir.
"Rublun ucuzlaşması Azərbaycan üçün arzuolunan deyil"
FED.az xəbər verir ki, Avronun dollara nisbətdə məzənnəsi əvvəlki bağlanış 1,0999 dollardan 1,1027 dollara yüksəlib (Avro bahalaşıb, Dollar ucuzlaşıb). Dolların yen qarşısında məzənnəsi 141,31 yendən 140,76 yena kimi ucuzlaşıb. Dollar indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyutalarından ibarət səbətə nisbətdə məzənnə) 0,2% azalaraq 101,77 bənd təşkil edib.
Çərşənbə günü ABŞ-da inflyasiya ilə bağlı məlumatların dərc ediləcəyi gözlənilir ki, bu da dolların dəyərinə və pul siyasəti gözləntilərinə təsir göstərə bilər. Analitiklər hesab edirlər ki, ölkədə illik inflyasiya iyunda bir ay əvvəlki 4%-dən 3,1%-ə qədər azalıb. Göstərici pik dəyərlərdən əhəmiyyətli dərəcədə aşağı ola bilər, lakin 2% hədəf səviyyəsindən yuxarıdır.
İnflyasiyanın zəifləməsi ilə bağlı məlumatlar ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (EED) pul siyasətinin sərtləşdirmə tsiklinin tez başa çatması gözləntilərini dəstəkləyə bilər. Eyni zamanda, bu ay da faizlərin artırılacağı gözlənilir. CME Group-un məlumatına görə, analitiklərin 92,4%-i FED-in iyul ayında faizlərini mövcud 5-5,25%-dən 25 bənd artıracağını düşünür. (Marja)