Ötən həftə 7.2690 ilə yüksək səviyyəyə yüksələn və dünən 7.07 ətrafında dəyişən dollar, bu gün düşməyə başlayıb.
FED.az xəbər verir ki, məzənnə 7 lirədən aşağı düşərək 6.9755 səviyyəsində olub.
Lirə bu gün dollara qarşı ən çox dəyər qazanan inkişaf etməkdə olan ölkənin pul vahidinə çevrilib.
Ötən həftə dollar 7.26 məzənnə ilə 2018-ci ilin avqustundan bəri ən yüksək səviyyəyə yüksəlmişdi və həftəni təxminən 2 faiz qazancla tamamlamışdı.
Türkiyənin bank bazarını tənzimləyən “BDDK” xarici valyuta əməliyyatını qadağan etmişdi. Qurum bu qadağanı dünəndən etibarən qaldırsa da, araşdırmaların davam edəcəyini açıqlayıb.
Qeyd edək ki, dünən Nazirlər Kabinetinin iclasından Prezident Ərdoğan bildirib ki, xaricdəki maliyyə qurumlarından istifadə edərək iqtisadiyyatımızı çökdürəcəklərini, ayaqlarımıza qandallar vuracaqlarını, bizi küncə sıxışdıracaqlarını sananları, məyusluğa uğratmağa davam edəcəyik.
“Türkiyə Aktiv Fondu”, “Ziraat Bankı”, “Türkiyə Xalq Bankı” və “Türkiyə Vəqflər Bankı”nın ümumi kapitalı 21 milyard TL artdığını açıqlayıb.