Rusiyada ABŞ dolların məzənnəsi 2015-ci ilin iyunundan bəri ilk dəfə 55 rubldan aşağı düşüb.
FED.az xəbər verir ki, Moskva birjasına görə, rubl həm dollara, həm də avroya nisbətdə bahalaşıb.
Amerika valyutası Moskva vaxtı ilə saat 10:12-i üçün 54 qəpik itirərək 55,09 rubla, avro isə 93 qəpik ucuzlaşaraq 57,91 rubla düşüb.
Bir neçə dəqiqə əvvəl isə dolların məzənnəsi 2015-ci ilin iyunundan bəri ilk dəfə 55 rubldan aşağı düşüb. (Apa)