Xəbər verildiyi kimi, prezdent İlham Əliyev Vergi Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. FED.az xəbər verir ki, dövlət başçısının bununla bağlı fərmanında məcəllənin tətbiqi üçün bir sıra tapşırıqlar əksini tapıb. Bunlardan biri Əlavə Dəyər Vergisinə (ƏDV) aiddir.
Eləcə də bax: Vergi Məcəlləsinə dəyişikliklər - TƏSDİQLƏNDİ, TAM MƏTN
Fərmanda Nazirlər Kabinetinə tapşırılır ki, “Tibbi sığorta haqqında” Qanuna uyğun olaraq tibbi xidmətlərin göstərilməsinə və həmin xidmətlər çərçivəsində dərman vasitələrinin təqdim edilməsinə əlavə dəyər vergisinin həmin verginin Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən olunmuş dərəcəsindən daha aşağı dərəcə ilə tətbiqi (differensial ƏDV-nin tətbiqi) ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Başqa sözlə, tibbi xidmətlər sahəsində Əlavə Dəyər Vergisi (ƏDV) daha aşağı dərəcə ilə tutulacaq.