2018-ci ildə Milli Məclisin saxlanılması xərcləri 25 milyon 432 min manat təşkil edəcək. Bu, dövlət büdcəsi layihəsində nəzərdə tutulandan (24 milyon 232 min manat) 1,2 milyon manat çoxdur. Belə görünür, deputatlar maaşlarının artmasına nail olurlar.
26-da dərc edilən "2018-ci ilin dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanunun Dekabrın 26-da dərc olunub. Ehtimal olunur ki hər deputatın əmək haqqına ayda 800 manat əlavə olunur.
Qeyd edək ki, bir müddət əvvəl Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclis əməkaşlarının və deputatların əmək haqlarının yetərli olmadığını bildirib və artırılmasını təklif etmişdi.
Məsələyə aydınlıq gətirmək üçün millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovla əlaqə saxlanıb. Vahid Əhmədov "Ölkə.az”a açıqlamasında bildirib ki, yayılan xəbərlərin heç bir əsası yoxdur. Onun sözlərinə görə, deputatların maaşı artırılmayıb.
"Belə bir məlumat yoxdur. Elə bir artım olmayıb. Əgər bu barədə qərar olsaydı, mütləq xəbərimiz olardı”, - deyə V.Əhmədov bildirib.