Azərbaycanda şirkətlər elektron mühasibatlığa hazır olmadığı halda onlara bununla bağlı tələblər qoyulur.
Mühasibat uçotu elektron formada aparılmalı olan subyektlər müəyyənləşir - SİYAHI
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vüqar Bayramov Azərbaycanda elektron mühasibat uçotuna dair tələblərin sərtləşdirilməsinə münasibət bildirərkən qeyd edib.
Deputatın fikrincə, burada bir neçə məqama diqqət yetirilməlidir: "İri sahibkarlıq subyektlərinin mühasibatlığı elektron olacaq. Lakin burada elektron mühasibatlığın hansı anlama gəldiyi bəlli deyil. Onlar bu mühasibatlığı inteqrə olunmuş elektron formada tətbiq edəcəklər yoxsa kağız üzərində gördükləri işi sadəcə kompüterdə görəcəklər? Bu aydın deyil.
Vəsaitlərin böyük qismini dövlət qurumları xərcləyir. Biz isə iri sahibkarlar üçün mühasibatlığın elektron aparılmasını məcburi edirik, amma dövlət qurumları üçün etmirik. Halbuki dövlət qurumlarının xərcləri daha çoxdur. Biz bu məsələdə dövlət qurumlarına güzəşt təklif edirik, onların kağızla işləməyini qanunda saxlayırıq. Etiraf edək ki, Azərbaycanda iri sahibkarlıq subyektlərinin maliyyəsi dövlət qurumları ilə müqayisədə elə də böyük deyil. Əgər dövlət qurumları buna hazır deyilsə niyə iri sahibkarlığın hazır olduğunu düşünməliyik? Bu nə qədər doğrudur?". (Report)