“Əmanətlərin tam sığortalanması ilə bağlı qanuna edilən dəyişikliklər qənaətbəxşdir”.
Eləcə də bax: "Çoxlu şikayətlər alırıq, banklar həmin ailələrə güzəştə getməlidir"
FED.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitənin üzvü Rüfət Quliyev deyib.
O bildirib ki, maliyyə bu gün iqtisadiyyatın bel sütunudur: “Bu da investisiyaların artmasından asılıdır. Bank faizlərinin aşağı salınması vacibdir. Bununla insanlar rahat iş görə bilərlər. Mərkəzi Bankın sədrindən bu məsələ ilə bağlı məsələyə münasibət bildirməsini xahiş edərdim. İkincisi, qələbədən sonra Qarabağ regionunu bərpa etmək üçün kifayət qədər çox məbləğ lazım olacaq. Burada yük təkcə dövlətin üzərinə düşməməlidir. Kifayət qədər əməlisaleh sahibkar var. Bu gün Hindistandan bir şəxs var ki, Qarabağda evlər tikib, turizm obyekti yaratmaq istəyir. Belə sahibkarların sayı kifayət qədər çoxdur”.
Deputat qeyd edib ki, vətəndaşa banklar tərəfindən cavab verilmir: “Çox vaxt qorunmayan əmanətlərin məbləği kiçik olanda bu qaytarılmırdı. Eyni zamanda mənə müraciət edən vətəndaşların şikayəti ilə bağlı da mən banklara məktubla müraciət edirəm. Ancaq mənim də məktubuma cavab verilmir. Halbuki deputatın məktubuna 30 gün ərzində qurum tərəfindən cavab verilməlidir”. (Apa)