"Azərbaycanda fiziki və hüquqi şəxslərin depozitlərinin bir qədər dollarlaşmasını görürük".
Eləcə də bax: "Biznes kreditləri artıb, istehlak kreditləri azalıb"
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirib.
"Dollarlaşma fiziki şəxslər üzrə 2,8%, hüquqi şəxslər üzrə 1,4% yüksəlib. Amma artıq aprel ayının birinci ongünlüyünün monitorinqi göstərir ki, artıq əks proses, dedollarizasiya trendləri başlanıb. Bu, onu göstərir ki, həm əhalimizin, həm də biznesin milli valyutanın məzənnəsinə olan inamı artıq bərpa olunmaqdadır. Yaranmış qeyri-adi situasiyada ödəniş sistemləri aktiv fəaliyyət göstərir, bütövlükdə rüb ərzində ödəniş sistemində qeyri-nağd ödənişlər 3,6 faiz artıb, amma bütünlükdə nağdsiz kart ödənişləri 36 faiz artıb. Bu da onu göstərir ki, yaranmış indiki situasiyada əhali daha çox təmassız elektron ödənişlərə və elektron ticarətə üstünlük verir", - deyə o, qeyd edib.