Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən “Dəmirbank” ASC-nin bank lisenziyası ləğv edildiyindən, BFB-nin listinq qaydalarına uyğun olaraq, listinq komitəsinin qərarı ilə sözü gedən emitentin Bakı Fond Birjasında listinqdə olan aşağıdakı qiymətli kağızlarının delistinq edilməsi qərara alınıb:
 
| № | Döv. Qeyd. nömrəsi | Q/k növü və forması | Emitent | Ticarətə buraxılan qiymətli kağızların sayı | 
| 1 | AZ1001000145 | Adi səhm | “DəmirBank” ASC | 105 000 000 (ədəd) | 
| 2 | AZ3001000141 | İmtiyazlı səhm | “DəmirBank” ASC | 90 000 (ədəd) | 


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








