2022-ci ilin dekabr ayında Azərbaycanda pul bazası 752,1 milyon manat artaraq 31 dekabr 2022-ci il tarixində 17 milyard 460,3 milyon manat təşkil edib.
Mərkəzi Bank valyuta ehtiyatlarını - 9 MİLYARD DOLLARA ÇATDIRIB
FED.az xəbər verir ki, noyabrın sonunda pul bazası 16 milyard 708,2 milyon manat təşkil etmişdi.
2021-ci ilin sonunda isə pul bazası 17 milyard 937.6 milyon manat idi. Beləliklə, il ərzində pul bazası 477,3 milyon manat azalıb.
Pul bazası dedikdə - Pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.
Pul kütləsi dövriyyədə olan nağd və qeyri-nağd ödəniş vasitələrinin məcmusudur.
Pul bazası (mln. AZN)
30.12.2022 17460.3
30.11.2022 16708.2
31.10.2022 16671.0
30.09.2022 16144.9
31.08.2022 16204.8
29.07.2022 16120.4
30.06.2022 15652.8
31.05.2022 14883.6
29.04.2022 14564.5
31.03.2022 14359.6
28.02.2022 13945.6
31.01.2022 14044.2
30.12.2021 17937.6