Avqustun 24-də maliyyə naziri Samir Şərifovun sədrliyi ilə “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 27 fevral tarixli Sərəncamı ilə yaradılmış Dayanıqlı dövlət borcu və büdcə sabitliyini təmin edən makro-fiskal çərçivə üzrə Alt İşçi Qrupun video formatda iclası keçirilib.
FED.az xəbər verir ki, iclasda alt İşçi Qrupun tərkibinə daxil olan dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən yeni qlobal iqtisadi reallıqlara və çağırışlara uyğun olaraq büdcə qaydası tətbiqinin bərpası və təkmilləşdirilməsi, habelə dövlət borcunun idarəedilməsi strategiyasının yenilənməsi ətraflı müzakirə olunub, orta və uzunmüddətli dövr üçün makro-fiskal çərçivəni formalaşdıran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.