Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqına lisenziya verib.
Eləcə də bax: Kredit ittifaqlarının yeni vəzifəsi - Müəyyənləşib
FED.az Banker.az-a istinadən xəbər verir ki, yeni lisenziya alan “Zirvə Kredit İttifaqı” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
“Zirvə Kredit İttifaqı” MMC 2018-ci ilin yanvarın 1-də dövlət qeydiyyatına “Cocuq Mərcanlı Kredit İttifaqı” MMC kimi qeydə alınmışdı. Sonradan, 2020-ci ilin sentyabrında rebrendinq etmişdi.
Kredit İttifaqının nizamnamə kapitalı 4 400 manatdır.
Qeyd edək ki, bununla da AMB tərəfindən rəsmi lisenziya alan kredit ittifaqlarının sayı 43-ə qalxıb.
Uzun müddət idi ki, ölkədə kredit ittifaqlarının ləğvi ilə bağlı tendensiya vardı.