“İKA” bank olmayan kredit təşkilatı 2017-ci ilin yekununu mənfəətlə başa vurub.
FED.az “İKA” (İcraçı Kredit Agentliyi) –nin “Mənfəət və Zərər” haqqında hesabatına əsasən xəbər verir ki, BOKT-un xalis faiz gəlirləri 148,7 min manat, inzibati və digər əməliyyat xərcləri 168,2 min manat olub. BOKT ilin sonunu mənfəətlə başa vurub, lakin bu mənfəət ötən ilə nisbətən 2 dəfəyə yaxın azalaraq 5,98 min manat olub.
Xatırladaq ki, “İKA” 2016-cı ilin yekununu 11,8 min manat olub.
Hesabat dövrü ərzində 120 min manat dividend ödənilib. Kredit portfeli isə 1 mln 983,9 min manat təşkil edib. Vaxtı keçmiş kreditlərin xüsusi çəkisi isə 0,7% -dir.
FED.az “İKA” nın “Balans” hesabatına istinadən bildirir ki, cəmi aktivlər 2017-ci ildə 2 mln 424,3 min manat təşkil edib. Bu əvvəlki illə müqayisədə 2,2% azdır. Cəmi kapital isə cüzi artaraq 2 mln 323,3 min manat təşkil edib.
“İKA” nın nizamnamə kapitalı 2017-ci ildə 223,5 min manat, 2016-cı ildə isə 105,9 min manat olub.