Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə 2020-ci ilin yayında təsis edilən “Total Finans Kredit İttifaqı” MMC-yə lisenziya verilib.
Eləcə də bax: Mərkəzi Bank "Azfinans" BOKT-a - Lisenziya Verib
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bank bildirir.
Azərbaycanda lisenziyası olan kredit ittifaqlarının sayı 43-ə çatıb.
2020-ci ilin 22 iyulunda təsis edilən “Total Finans Kredit İttifaqı” MMC-nin nizamnamə kapitalı 4 004 manatdır və qanuni təmsilçisi Ruslan Ağazadə Vaqif oğludur.
AMB sonuncu dəfə 2021-ci ilin iyununda “Zirvə Kredit İttifaqı” MMC-yə lisenziya vermişdi. Buna qədər isə adətən ölkədə kredit ittifaqlarının lisenziyalarının ləğvini müşahidə edirdik.