Azərbaycan Xalq Cümhuriyyətinin dövründə tədavüldə olan pul əskinasları hərracda satılıb.
Eləcə də bax: Mərkəzi Bankdan 500 manatlıq əskinaslarla bağlı - AÇIQLAMA
FED.az xəbər verir ki, sosial şəbəkədə təşkil olunmuş hərrac mayın 4-ü 23:00-da başa çatıb. İlkin qiymət olaraq beş manat məbləğ təyin olunmuş lot - 1919-cu ildə çap olunmuş 250 manatlıq əsginas hərracda cəmi 40 manata satılıb.
Üzərində Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə və xalq maarifi naziri Nəsib bəy Yusifbəylinin imzası olan sözügedən əskinasla yanaşı, həmçinin hərracda Azərbaycanda Sovet hakimiyyəti yarandığı ilk dövrdə tədavülə buraxılmış 1000 manatlıq əskinas da satılıb.
Maraqlıdır ki, cümhuriyyət dönəminə aid 250 manatlıq əskinas 1000 manatlıq əsginasdan cəmi 10 manat artıq qiymətə satılıb. Başqa sözlə, 1000 manatlıq əskinası alan şəxs onun üçün 30 manat ödəməli olub.
Hər iki əskinası eyni şəxsin əldə etdiyi bildirilir.
(Oxu.az)