Beynəlxalq şirkət Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirməyi və rəqəmsal qeydlər üçün (və ya sahəsində) dünyanın ən etibarlı reyestrinə çevrilməyi hədəfləyir.
«CrediVault» - təhlükəsiz blokçeyn platformasıdır. O maliyyə xidmətləri sektoru üçün tranzaksiyaların buraxılışından tutmuş hesablaşmaya qədər bütün əməliyyatların daimi qeydiyyatını təmin edir.
Platforma, müəssisələrin müştərilərinə yüksək səviyyədə şəffaflığı genişləndirmək üçün istifadə etdiyi istehlakçı portalını ehtiva edir. Buradakı qeydlər «CrediVault» tərəfindən təsdiqlənib və fərdlər, bizneslər və hökumət tənzimləyiciləri üçün dəyişməz, vahid etibarlı məlumat mənbəyidir.
Burada istifadə olunan blockchain texnologiyası dəyişməzliyi dəstəkləyir, yəni məlumat qeydə alındıqdan sonra onu silmək və ya dəyişdirmək mümkün deyil.
Müqayisə üçün: ənənəvi məlumat bazaları dəyişməzliyə malik deyil və məlumatların saxtalaşdırılmasına və digər pozuntulara daha çox məruz qalırlar.
«CrediVault»un baş icraçı direktoru və 43North-un keçmiş icraçı direktoru və «Endeavour Global»ın idarəedici direktoru Con Qaviqanın (John Gavigan) sözlərinə görə, Azərbaycan genişlənmə üçün ideal məkandır.
«Azərbaycan Cənubi Qafqazın və bütövlükdə regionun ənənəvi güc mərkəzidir. Ölkə rəhbərliyinin iqtisadiyyatı sürətləndirmək üçün rəqəmsal transformasiyaya diqqətini nəzərə alaraq, Azərbaycan «CrediVault»un genişlənməsi üçün mükəmməl yerdir. Ölkənin özünü regional maliyyə və texnoloji mərkəz kimi tanıtmaq imkanı var və biz bu işdə onlara kömək edəcəyik».
«CrediVault» on milyon əhalisi olan ölkənin paytaxtı Bakıda ofis yaratmaq prosesindədir. Onlar komanda üzvlərini formalaşdıracaq, işçiləri işə götürəcək və hazırda maliyyə xidmətləri sektorunda fəaliyyət göstərən müəssisələrlə yeni müqavilələr bağlamaqdadırlar.
Bundan əvvəl Nyu-Yorkun startap ekosistemi olan «Buffalo»nun canlanmasında mühüm rol oynamış Con Qaviqan Azərbaycanın texnologiya ekosistemini və regionda təsirini sürətləndirməyə kömək etmək üçün hazırda maliyyə və texnologiya ekspertlərindən ibarət beynəlxalq komanda ilə işləyir.
«Finoko» BOKT ASC Azərbaycanda CrediVault texnologiyasını tətbiq edən ilk maliyyə xidmətləri şirkəti oldu. «Finoko» şirkətinin baş icraçı direktoru Turan İsmayılov bildirib ki, «Azərbaycan bu sahədə iddialıdır və məntiqli infrastruktura sərmayə yatırır. «Finoko» öz müştərilərinə yeni nəsil texnologiyalarına əsaslanan ən etibarlı xidmətləri təqdim edir».
Azərbaycanda avtomobil satışının maliyyələşdirilməsi üzrə aparıcı şirkətlərindən olan «Legion Financial» da bir qədər əvvəl «CrediVault» texnologiyalarından istifadəyə başlayıb.
Azərbaycanda maliyyə xidmətləri göstərən bir sıra şirkətlərlə müzakirələr davam edərkən, sektorun digər liderləri öz sektorlarında əməliyyat, uyğunluq və istehlakçıların müdafiəsi problemlərini həll etmək üçün «CrediVault»da maraqlı olduqlarını bildiriblər.
Con Qaviqan qeyd etmişdir: «Dünyada etimadsızlıq fəlakətli həddə çatıb. Bizim yaratdığımız məhsul isə insanlara sabitlik və şəffaflıq təklif edir ki, onlar qarşılıqlı əlaqədə olaraq bir-birlərinə fayda gətirsinlər.
Tezliklə «CrediVault» Azərbaycanda özəl sənaye və hökumətin bütün sektorlarına dəyər qazandıracaq. Bu sistem insanlara xidmət göstərilməsi sahəsində digər ölkələr üçün də nümunə olacaqlar. Azərbaycan bazarına daxil olmağımız «CrediVault»un dünyada etibarlı rəqəmsal qeydlər sahəsində ən hörmətli brendinə çevrilməsi istiqamətində daha bir addımdır».
Əlavə məlumat üçün: