“Citigroup” bankının mütəxəssisləri 2021-ci ildə dolların 20% ucuzlaşacağını proqnozlaşdırıblar.
Eləcə də bax: "Baydenin prezidentliyi dövründə dolların ucuzlaşması - Davam Edəcək"
FED.az Banker.az-a istinadən xəbər verir ki, onların sözlərinə görə, bunun əsas səbəbi koronavirus peyvəndinin satışa çıxarılması və bütün dünya ölkələri üçün əlçatan olması, o cümlədən beynəlxalq ticarət və iqtisadi böyümənin bərpa olması olacaq. Əgər bu proqnoz reallaşsa, bu, ABŞ dollarının 1985-ci ildə bu yana rekord səviyyəyə enməsi deməkdir.
Bank Covid-19 peyvəndi ilə yanaşı, ayrıca FED-in siyasətini də vurğuladı. Belə ki, qlobal iqtisadiyyatda vəziyyətin normaya düşməsi ilə investorların ABŞ aktivlərindən digər bazarlara keçəcəyi gözlənilir.
Qeyd edək ki, dolların “ticarət və likvidlik baxımından” dünyanın on əsas valyutasına qarşı dinamikasını Bloomberg Dollar Spot Index əks etdirir.
“Citigroup” strateqlərinin bildirdiyi kimi, peyvəndin yayılması, dolları onun 2000-ci illərin əvvəlində və ortalarında hərəkət etdiyi istiqamətə yönləndirəcək. Həmin vaxtlarda Amerikan valyutası ildən-ilə ucuzlaşmağa davam edirdi, bunun əsas katalizatoru isə Çinin 2001-ci ildə Dünya Ticarət Təşkilatına üzv olması idi. Bu, “qloballaşma dalğasına təkan verdi, beynəlxalq ticarəti sürətləndirdi və qapalı ABŞ iqtisadiyyatını geridə qoydu”.