Çinin «UnionPay» ödəniş sistemi qlobal əməliyyat həcminə görə ABŞ-ın «Visa» sistemini geridə qoyub.
"Mastercard": "Azərbaycan smartfon penetrasiyası ilə bir çox Avropa ölkələrini geridə qoyub"
FED.az xəbər verir ki, Çinin «UnionPay» ödəniş sistemi qlobal debet kartları bazarında ilk dəfə olaraq ABŞ «Visa» sistemini üstələyib. «Nilson Report» beynəlxalq şirkətinin araşdırmasında bildirilir ki, 2022-ci ildə qlobal əməliyyatlarda «Visa»nın payı 37,8% olduğu halda, «UnionPay»in əməliyyatların həcmindəki payı 40,03% təşkil edib.
Şirkətin məlumatına görə, 2022-ci ildə Amerika ödəniş sisteminin kartları üzrə əməliyyatların həcmi 14,109 milyard dollar, Çində isə 16,227 milyard dollar səviyyəsində olub. Debet kartlarından istifadə edilən «Visa» əməliyyatları bütün ödənişlərin 63,91%-ni təşkil edib, «UnionPay» isə bu göstərici 75,12% olub.
Bir il əvvəl vəziyyət fərqli idi - «Visa» debet kartlarının bazar payına görə «UnionPay»dan öndə olmuşdu. Amerika ödəniş sisteminin payı 39,53%, Çinin payı isə 38,68% təşkil edib.
Ekspertlər bu dəyişikliyin səbəbini «UnionPay» kartları ilə ödənişlərin daha çox olduğu Asiya-Sakit Okean regionunda iqtisadiyyatın artımı və ABŞ-da ÜDM-in azalması ilə əlaqələndiriblər. Ekspertlərin fikrincə, «Visa»nın rəsmi olaraq Rusiya bazarını tərk etməsi də onun əməliyyatlarının həcminə təsir edib, «UnionPay»ın kartlarına isə əksinə, tələb artıb.
“Visa” və “MasterCard” xüsusi əməliyyat fonunda 2022-ci ildə Rusiyada fəaliyyətlərini dayandırdıqlarını elan ediblər. Bu ödəniş sistemləri tərəfindən buraxılan kartlar Rusiya Federasiyasında işləməkdə davam edir.