Çin Xalq Bankı (Mərkəzi Bank) birinci dərəcəli borcalanlar üçün kreditlər üzrə əsas faiz dərəcəsini (LPR, loan prime rate) əvvəlki ay səviyyəsində olmaqla 3,55%-də saxlayıb.
Türk lirəsi üçün daha bir mühüm gün - HƏLLEDİCİ QƏRAR AÇIQLANACAQ
FED.az bu barədə tənzimləyicinin yaydığı məlumata istinadən xəbər verir.
2019-cu ilin avqust ayında yeni kredit meyarına çevrilən illik LPR, 2020-ci ilin aprelindən 2021-ci ilin dekabrına kimi dəyişməyib, 3,85% səviyyəsində qalıb, lakin 2021-ci ilin dekabrında 3,8%-ə, 2022-ci ilin yanvarında 3,7%-ə, 2022-ci ilin avqustunda 3,2%-ə və 3,2%-ə endirilib.
Cümə axşamı Çin Mərkəzi Bankı illik LPR-nin 3,55% səviyyəsində qaldığını bildirib. Bir çox kreditorun ipoteka faizlərini əsas götürdüyü beş illik LPR də iyun ayından bu yana dəyişməz olaraq 4,2% səviyyəsində qalıb.
Çin Xalq Bankı 2019-cu il avqustun sonunda şirkətlər üçün borclanma xərclərini azaltmaq və iqtisadiyyatı dəstəkləmək üçün əsas faiz dərəcəsi islahatını elan edib. İslahat çərçivəsində tənzimləyici banklar tərəfindən verilən kreditlər üzrə benchmark dərəcəsini dəyişib. Banklar indi Çin Xalq Bankının əsas bank kredit faizindən çox, üzən kredit faizlərinin hesablanması üçün LPR-dən istifadə etməlidirlər.
Çin Xalq Bankı yuanı bazar oyunçularının gözləntilərini üstələyən bir addımla müdafiə etmək qərarına gəlib. Bank yuan üçün istinad dəyərini dollara nisbətdə 7,15- dən bir qədər aşağı müəyyən edib. Beləliklə, sözügedən istinad dəyəri proqnozdan güclüdür.
Bankın qərarından sonra ofşor yuan da 1%-ə yaxın bahalaşıb. (Marja)