Çinin paytaxtı Pekində bu ölkənin dövlət şirkəti “China CAMC Engineering” ilə Azərbaycanın “Baku Steel Company” arasında müqavilə bağlanıb.
FED.az verir ki, müqavilədə Gəncə şəhərində 5 zavoddan ibarət metallurgiya zavodlar kompleksi inşasının tikilməsi nəzərdə tutulur. İmzalanmada Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı da iştirak edib.
ELƏCƏ DƏ BAX: "Baku Steel Company"ə bu şəxs nəzarət edir
Müqavilənin dəyəri 1.17 milyard ABŞ dollarıdır.
“CAMCE”nin Bakı ofisi rəhbəri Kənan Quluzadə bildirib ki, inşaat müddəti 42 ay çəkəcək və bu müddətdə 10 min iş yeri açılacaq.