Azərbaycan Mərkəzi Bankı (AMB) “CFI Financial İnvestisiya Şirkəti” QSC-də tematik yoxlama aparıb.
FED.AZ biznes və maliyyə xəbərləri portalı AMB-yə istinadən xəbər verir ki, yoxlama zamanı şirkətin “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl etmədiyi aşkarlanıb.
Bu səbəbdən investisiya şirkətinin vəzifəli şəxsi 500 manat məbləğində cərimə edilib. Cərimə İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə əsasən tətbiq olunub.












