Audit, vergi, mühasibat və məsləhət sahəsində ölkənin aparıcı şirkətlərindən biri olan “Caspian Consulting and Partners” qlobal mükafatlı audit şəbəkəsi “Parker Russell International”a rəsmi olaraq qoşulub.
Şirkətdən FED.az-a verilən məlumata görə, bu dəyişiklik 2025-ci ilin may ayından qüvvəyə minib və bundan sonra fəaliyyət “Parker Russell Azerbaijan” adı altında davam etdiriləcək.
Qeyd olunur ki, “Caspian Consulting and Partners” artıq 25 ildən çoxdur Azərbaycanda yerli audit bazarında etibarlı tərəfdaş kimi tanınır. Beynəlxalq şəbəkəyə inteqrasiya mühüm mərhələ olmaqla yanaşı, keyfiyyət, innovasiya və beynəlxalq standartlara olan sadiqliyi nümayiş etdirir. Şirkət rəhbərliyi yeni mərhələdə də müştərilərlə uğurlu və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətində olduğunu vurğulayıb.