Beynəlxalq Valyuta Fondu (BVF) ortamüddətli perspektivdə Azərbaycanın maliyyə bazarının sabit qalacağını gözləyir.
Eləcə də bax: "Moody's": Azərbaycan iqtisadiyyatı bu il - 4% Artacaq
FED.az xəbər verir ki, "COVID şokundan sonra iqtisadiyyatın bərpasının, həmçinin neftin bahalaşmasının ortamüddətli perspektivdə maliyyə bazarının sabitliyini dəstəkləyəcəyi gözlənilir", - deyə BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Natalya Tamirisa bildirib.
2020-ci ilin yekunları üzrə Azərbaycanın maliyyə bazarını qiymətləndirən Tamirisa bütövlükdə, bazarın sabit olduğunu vurğulayıb.
"2020-ci ilin mart-aprel aylarında manata müvəqqəti təzyiqlərdən sonra valyuta bazarı sabitləşib, çünki neftin qiyməti bərpa olunub, dövlət qiymətli kağızlarının gəlirliliyi isə ilkin artımdan sonra azalıb. Xarici valyutada kreditlər üzrə faiz dərəcələri tədricən azalmağa davam edib, milli valyutada kreditlər üzrə faiz dərəcələri isə sabit qalıb", - deyə o qeyd edib. (İnterfaks)