Azərbaycan üçün 2022-ci ildə bir barel neftin fiskal itkisiz qiyməti (fiscal breakeven oil price – red.) 41,6 ABŞ dolları təşkil edəcək.
Eləcə də bax: “Neftin 5 dollar bahalaşması illik gəliri 1,4 milyard manat artırır" - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatının aprel buraxılışında deyilir. Bu, keçən ilin oktyabr ayındakı proqnoz ilə müqayisədə 24,5 dollar azdır.
Bildirilib ki, 2023-ci ildə Azərbaycan üçün neftin itkisiz qiyməti 51,8 dollar təşkil edəcək.
Qeyd edək ki, "itkisiz qiymət" səviyyəsi ölkənin maliyyə itkilərinin və mənfəətinin yaxınlaşdığı və tarazlıqda olduğu qiymət nöqtəsidir. (Apa)