Beynəlxalq Valyuta Fondu (BVF) təcili şəkildə qida yardımı ilə bağlı maliyyə dəstəyi istəyə biləcəyi 48 ölkənin adını açıqlayıb.
Eləcə də bax: Azərbaycanda ərzaq məhsulları - 22%-Ə YAXIN BAHALAŞIB
FED.az xəbər verir ki, bu barədə açıqlamanı Fondun rəhbəri Kristalina Georgiyeva verib.
BVF rəhbəri həmçinin bildirib ki, "ərzaq şoku pəncərəsi" üçün potensial namizədlər aşkar ediblər. Bunlar, tədiyyə balansında ciddi problemlərlə üzləşən 48 ölkədir.
Siyahıda olan ölkələrdən heç də hamısı yeni alətdən istifadə edə bilməyəcək. 10-20 qədər əsasən Afrika ölkəsinin bu alətdən faydalanacağı gözlənilir. Digər ölkələrin Dünya Bankı kimi mənbələrə baş vuracağı BVF rəhbəri tərəfindən qeyd olunub.
Xatırladaq ki, daha əvvəl Fond il ərzində fəaliyyət göstərəcək “ərzaq şoku pəncərəsi” adlanan yeni aləti istifadəyə verib.
Ərzaq yardımına ehtiyacı ola biləcək ölkələr arasında Əfqanıstan, Pakistan, Tacikistan, Şri-Lanka, Ukrayna, Vyetnam və Tailand var. (Apa)