Beynəlxalq Valyuta Fondu (BVF) 2029-cu ilə qədər Mərkəzi Bankın (AMB) valyuta ehtiyatlarının $12,281 milyarda qədər artımını proqnozlaşdırır.
Azərbaycanın valyuta ehtiyatlarının - MƏBLƏĞİ AÇIQLANIB
2022-ci ilin yekunları üzrə AMB-nin valyuta ehtiyatları $8,996 milyard təşkil edib. Beləliklə, 2023-2028-ci illərdə AMB-nin ehtiyatları 36,5% artacaq.
FED.az xəbər verir ki, bu proqnozlar BVF-nin 1-16 noyabr 2023-cü il tarixlərində Azərbaycan hökuməti və Beynəlxalq Valyuta Fondu (BVF) IV Maddə Məsləhətləşmələri üzrə dərc olunan bəyanatında qeyd olunub.
BVF-nin proqnozlarına əsasən, 2023-cü ilin yekunları üzrə AMB-nin valyuta ehtiyatları $11,281 milyard (2022-ci illə müqayisədə artım 25,4% - İF) təşkil edəcək. Həmçinin, 2024-2028-ci illərdə AMB-nin valyuta ehtiyatlarının illik artımı $200 milyon təşkil edəcək.
30 noyabr 2023-cü il tarixinə AMB-nin valyuta ehtiyatları $10 milyard 615,9 milyon (2023-cü ilin 11 ayı ərzində аrtım 18% - İF) həcmində qiymətləndirilib. (İnterfaks-Azərbaycan)