Beynəlxalq Valyuta Fondu (BVF) ABŞ-da inflyasiyanın bu il və gələn il ABŞ Federal Ehtiyat Sisteminin (FED) hədəflərinin üzərində olacağını proqnozlaşdırır.
“Fitch” ABŞ-ın uzunmüddətli kredit reytinqini - “MƏNFİ” QİYMƏTLƏNDİRİB
FED.az xəbər verir ki, bu barədə cümə günü BVF-nin icraçı direktoru Kristalina Georgiyeva mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, fondun ekspertləri bu il ABŞ-da inflyasiyanın yavaş-yavaş azalacağını düşünsələr də, ilin sonuna bu rəqəm təxminən 4 faiz təşkil edəcək. “Biz inflyasiyanın 2024-cü il ərzində FED-in orta müddətli hədəflərinin üzərində qalacağını proqnozlaşdırırıq”, - deyə o qeyd edib.
Georgiyeva vurğulayıb ki, ABŞ maliyyə tənzimləyicisi baza dərəcəsini daha uzun müddət bir qədər yüksək saxlamalı olacaq. “Lakin iqtisadiyyat və inflyasiya dinamikası ilə bağlı hələ də yüksək qeyri-müəyyənlik var”, - o əlavə edib. (Azərtac)