Beynəlxalq Valyuta Fondu 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 2,3% səviyyəsində proqnozlaşdırır.
FED.az xəbər verir ki, bu barədə Fondun dərc etdiyi aprel ayının World Economic Outlook icmalında qeyd olunur.
2020-ci ilin oktyabr ayında BVF 2021-ci il üşün Azərbacanda ÜDM-in artımını 2% səviyyəsində proqnozlaşdırıb.
Fondun qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycanda ÜDM-in artımı 1,7% olacaq.
BVF-nin proqnozlarına əsasən, 2021-ci ildə Azərbaycanda inflyasiya illik 3,5% (əvvəlki proqnoz – 3,1%) təşkil edəcək, 2022-ci ildə - 3,2%-dək azalacaq.
2021-ci il üçün Azərbaycanın tədiyə balansının profisiti ÜDM-in 1,1% səviyyəsində (oktyabr ayının proqnozu – ÜDM-in 4,4% həcmində kəsir), 2022-ci ildə - ÜDM-in 0,5% səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Fond tərəfindən Azərbaycanda işsizliyin sıviyyəsi 5,8% səviyyəsində proqnozlaşdırılır. BVF-nin proqnozlarına görə, 2022-ci ildə bu göstərici 5,7%-dək azalacaq.
Eləcə də bax: Azərbaycan iqtisadiyyatı 2,3% artacaq - Proqnoz
Azərbaycan İtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2021-ci ildə Azərbaycanda ÜDM-in artımı 3,4% təşkil edəcək.
2020-ci ildə Azərbaycanda ÜDM-in COVİD-19-a görə azalması 4,3% təşkil edib. (İnterfaks)