“Dünya bazarında neftin baza qiyməti 60 ABŞ dolları olacağı təqdirdə Azərbaycanın tədiyyə balansının profisitli olması gözlənilir. Profisitin məbləği ümumi daxili məhsulun 10%-i qədər proqnozlaşdırılır”.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.
O, 2019-cu ildə də rəhbərlik etdiyi qurumun valyuta ehtiyatlarının məbləğində artım proznozlaşdırdıqlarını da bildirib.