Azərbaycanda büdcə xərclərinə qənaət başlayır.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı «Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər» adlı sənəddə bildirilir.
Xatırladaq ki, sənəddə bu ilin sonunadək olan müddətdəiqtisadi artımın azalacağı, bununla yanaşı, büdcə gəlirlərinin nəzərdə tutulandan daha artıq olacağı bildirilirdi. Gəlirlərin daha artıq olağağına baxmayaraq Maliyyə Nazirliyi ilin sonunadək büdcə xərclərinlə azalma olacağını bildirib.
Sənəddə bildirilir ki, 2025-ci il dövlət büdcəsinin xərcləri 40 milyard 687,6 milyon manat səviyyəsində olacağı gözlənilir. Bu 2025-ci ilin təsdiq edilmiş büdcəsinə nisbətən 1,7 faiz və ya təqribdən 700 milyon manat azdır.
Nazirlik 2025-ci il gözlənilən dövlət büdcəsinin xərclərinin strukturunu da açıqlayıb.
FED.az xəbər verir ki, bu il cari xərclərə 24 346,7 milyon manat xərclənəcək. Bu təsdiq olunmuş göstəriciyə nisbətən 407,2 milyon manat və ya 1,6 faiz azdır.
Əsaslı xərclərə isə 13 milyard 941,3 milyon manat və sait ayrılacaq ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 312,8 milyon manat və ya 2,2 faiz azdır.
Büdcə xərclərinin daha bir istiqaməti dövlət borclarına xidmətə aiddir – bu maddə dəyişməyib – 2 milyard 399,6 milyon manat.
Ümumilikdə büdcənin təqribən 60%-i, daha dəqiqi isə 59,8 faizi cari xərclərə, 34,3 faizi əsaslı xərclərə, 5,9 faizi isə dövlət borcuna xidmətlə bağlı xərclərə sərf ediləcək.