Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
FED.az xəbər verir ki, iclasda “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə edilib.
Eləcə də bax: "Hazırda dövlət büdcəsinin icrası ilə bağlı hər hansı bir problem yoxdur"
İclasda Maliyyə naziri Samir Şərifov, nazir müavini Azər Bayramov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, deputatlar və digər rəsmi şəxslər iştirak edib.
Komitə iclasında deputatlar çıxış edib və müəyyən təkliflərini bildiriblər.
Müzakirələrdən sonra isə “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi I oxunuşda müzakirə olunması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Report