Maliyyə

Büdcə təşkilatı 166 minlik xidməti avtomobil aldı

Büdcə təşkilatı 166 minlik xidməti avtomobil aldı | FED.az
14:17 2 İyul 2019

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti bir ədəd minik avtomobilinin satın alınmasına dair “İmprotex Motors” MMC ilə müqavilə imzalayıb.

FED.az-ın əldə etdiyi məlumata əsasən, büdcə təşkilatı bu satınalma müqabilində cəmiyyətə 166 356 manat ödəyib.

Eləcə də bax: Maliyyə Nazirliyi icra başçısının bahalı avtomobil almaq elanına - MÜNASİBƏT BİLDİRİB

Xatırladaq ki, daha əvvəl Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi 1 ədəd BMW 740Lİ markalı avtomobilin satın alınması üçün “İmprotex Motors”a 179 444 manat, İpoteka və Kredit Zəmanət Fondu isə elə həmin şirkətə bir ədəd xidməti avtomobilin satın alınması üçün 192 290 manat ödəyib.

Eləcə də bax: Köçkün rayonun icra hakimiyyəti «S-class Mersedes» alır – TENDER ELANI

Digər xəbərlər