ELƏCƏ DƏ BAX: Banklar mümkün zərərlər üçün nə qədər ehtiyat ayırıb? – 2017-2018, DİNAMİKA - CƏDVƏL
FED.az-ın məlumatına görə, bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.

Vergi Məcəlləsinə əlavə edilmiş bu maddə həm sahibkarlara, həm də daha çox güzəştə, yardıma, maliyyə resurslarına ehtiyacı olan sosial sferanın inkişafına yardım edən hüquqi şəxslərə dəstək xarakteri daşıyır: "Məlum olduğu kimi, elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələri həmişə dövlətin diqqətində olan sahələrdir. Bu maddənin əlavə edilməsi sosial sferanın həmin sahələrinə dəstək vermək istəyən hüquqi şəxslərə də dövlətin dəstəyinin nəticəsidir. Lakin burada məcburi xarakterli məhdudiyyətlər var: köçürülən vəsait mənfəətin 10 faizindən çox olmamalıdır.
Əgər hüquqi şəxs müəssisələrə daha çox vəsait köçürmək istəsə, burada heç bir məhdudiyyət yoxdur. O, müəssisənin sərəncamında qalan bölüşdürülməmiş mənfəət hesabına yardımını edə bilər. Sosial sferanın həmin sahələri mütləq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən konkret meyarlara cavab verməlidir. Əks təqdirdə, bu hal neqativ nəticələrə gətirib çıxara bilər. Məsələn, bir müəssisə daha az vergi ödəmək üçün bu maddəni əsas götürərək meyarlara cavab verməyən hər hansı özünə yaxın təhsil müəssisəsinə vəsait köçürə və faydalana bilər. Bu səbəbdən də vəsaiti alan müəssisə, idarə, təşkilat meyarlara mütləq cavab verməlidir".
İqtisadçı bildirib ki, sonuncu məhdudlaşdırıcı amil vəsaitin nağd qaydada ödənilməsidir: "Son zamanlar nağd pul vəsaitlərinin dövriyyəsinin azaldılması, "kölgə iqtisadiyyatı" ilə mübarizə məqsədilə respublikada nağd ödənişlərə məhdudiyyətlər, bəzi hallarda isə qadağalar tətbiq olunur. Bu isə müasir və qlobal iqtisadiyyatın tələblərindən biridir. Burada yeganə çatışmayan cəhət eyni analoji halın sahibkarlıq fəaliyyəti ilə məşğul olan sahibkarlara tətbiq edilməməsidir".
Vergiler.az