"Bu vaxta qədər Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycana 72layihə üzrə 500 milyon ABŞ dolları civarında dövlət zəmanəti olmayan kredit ayırıb".
FED.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
N.Səfərovun sözlərinə görə, son 16 ildə IFC bu kreidtlərin 4%-i həcmində texniki yardım göstərib: “2002-2018-ci illərdə IFC Azərbaycana 20 milyon dollarlıq texniki yardım həyata keçirib. Həmçinin IFC-nin 3İnvestisiya Fondunda ARDNF-nin 350 milyon dollar vəsaiti yerləşdirilib. Bununla yanaşı IFC Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru layihəsi üçün 250 milyon dollar kredit verib”.
Eləcə də bax: Sahib Ələkbərov: “Azərbaycanda operativ vergi yoxlamaları tamamilə dayandırılıb”
Nazir müavini həmçinin Korporasiyanın “Azərbaycanda Biznes Mühitinin Təkmilləşdirilməsi” layihəsi üçün də 4,7 milyon dollar vəsait ayırdığını qeyd edib.
Azərbaycan 1995-ci ildən Beynəlxalq Maliyyə Korporasiyasının üzvüdür.