Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da Financial Accounting (ACCA) kurslarına maraq kəskin artmaqdadır.
Həm Azərbaycan şirkətlərinin tədricən beynəlxalq standartlara keçməsi, həm də yerli mütəxəssislərin dünyada tanınan sertifikata sahib olması istəyi belə kursların populyarlığını artırıb.
Azərbaycanda Financial Accounting (ACCA) kurslarının keyfiyyətli tədris olunduğu sahələrdən biri də «LearningHub» tədris mərkəzidir.
FED.az-ın suallarına «LearningHub» tədris mərkəzinin maliyyə-mühasibatlığı üzrə üzrə təlimçisi Murad Nağıyev cavab verir.
- Murad müəllim, zəhmət olmasa özünüz və çalışdığınız tədris mərkəzi barədə məlumat verərdiniz.
- Mən, Murad Nağıyev, bu tədris etdiyim sahə uzrə 7 ildən çoxdur ki, təcrubəyə sahibəm. Hal-hazırda da olkənin aparıcı istehsal muəssisələrindən birində Maliyyə Meneceri pozisiyasinda çalışıram. Eyni zamanda bilik və təcrubələrimi paylaşmaq məqsədi ilə «LearningHub» tədris mərkəzində tədrisçi olaraq çalıiıram.
«LearningHub» 2022-ci ildə yaranmasına baxmayaraq, bir neçə sahə üzrə peşəkar təlimçilər tərəfindən təlimlər həyata keçirir. Əsasən də bu mərkəzdə proqramlasdırma, veb-dizayn, maliyyə və korporativ təlimlər həyata keçirilməkdədir. Tədris mərkəzinin əsas məqsədi tədris olunan sahələri ən yaxsı səkildə təbliğ etmək, gələcəkdə peşəkar mütəxəssislər yetişdirmək və tələbərinə karyera sahibi olmaqda kömək etməkdir.
- «LearningHub»da maliyyə-muhasibatlıq sahəsi uzrə hansı təlimlər keçirilir?
- İlk öncə ACCA haqqında qısaca məlumat verim. ACCA - beynəlxaq bir institutdur, hansı ki, tələbələrinə onun üzvü olmaqla və onun hər bir «paper»ni öyrənməklə maliyyə-muhasibatlıq sahələrində peşəkarlasmağa imkan verir. ACCA institutunun üzvlük adını qazanmaq üçün onun 13 «paper»nin hər birini uğurla tamamlamaq lazımdır. O «paper»lərdən biri də məhz Financial Accounting-dir (F3). Bizim dildə desək - maliyyə muhasibatlığı.
«LearningHub»da hələ ki, ACCA-in yalnız Financial Accounting (ACCA F3) təlimi öyrədilir. Lakin yaxın gələcəkdə Management Accounting (ACCA F2) və Financial Reporting (ACCA F7) kimi təlimlərin də keçirilməsi planlaşdırılır.
- Murad müəllim, Financial accounting (ACCA F3) kursunun bizim üçün ənənəvi olan milli mühasibat uçotundan başlıca fərqini necə izah edə bilərsiniz?
- ACCA F3 kursu maliyyə muhasibatlığının və hesabatlılığın beynəlxalq standardlarının öyrənilməsinə kömək edir. Bu tədrisin də bizim üçün ənənəvi olan milli muhasibat uçotundan başlıca fərqi də məhz budur. Bu kursun sonunda tədris iştirakçıları mühasibat uçotunun beynəlxalq standartlar əsasında necə aparıldığını və real praktikada necə tətbiq olunduğunu öyrənmiş olacaqlar. Eyni zamanda milli və beynəlxalq maliyyə muhasibatlığı arasında olan əsas eynilikləri və fərqlilikləri müəyyən edə biləcəklər.
- Financial accounting (ACCA F3) kursuna maraq nə dərəcədə böyükdür və bu kursa kimlər müraciət edə bilər?
- Maliyyə muhasibatliğinin beynəlxalq standardlarının öyrənilməsi - qlobal olaraq baxsaq, əslində yeni bir sahə deyil. Lakin bizim ölkədə bu sahəyə maraq məhz son illər ərzində daha çox artmağa başlayıb. İnsanların kurslara bu sahəni öyrənmək üçün etdikləri müraciətlərin artımı da məhz bu sahəyə marağın gündən-günə artdığının bariə göstəricisidir. Bu kursa bu sahəni öyrənməyə maraqlı olan hər kəs muraciət edə bilər, istər tələbələr, istər ixtisaslı peşəkarlar, istərsə də bu sahənin öyrənilməsində maraqlı olan digər şəxslər.
- Financial Accounting (ACCA F3) kusrlarının müddəti nə qədərdir?
- Bu kursun tam səkildə tədris olunması 3 ay davam edir. Bu 3 ay ərzində kurs istirakçılarına maliyyə mühasibatlığının həm nəzəri tərəfi öyrədilir, həm də misallarla praktiki tərəfi izah olunur.
- Bu kursu uğurla bitirənlər asanlıqla is tapa bilirlərmi və yerli biznesin və işəgötürənlərin tələblərini tam qarşılaya bilirlərmi?
- Financial Accounting kursu beynəlxalq maliyyə mühasibatlıq sahəsində biliklərin 100%-ni təmin etmir, təbii ki. Az öncə qeyd etdiyim kimi, ACCA kimi tanınan bu qlobal tədrisin 13 ayrı-ayrı ixtisasi mövcuddur ki, bu ixtisasların da hər biri maliyyə, mühasibatlıq və hesabatlılığın dərinliklərini öyrədir. Lakin bu gün ölkəmizdə praktikada F3 kursunu uğurla tamamlamış şəxslər maliyyə-muhasibatlılıq sahəsində digərləri ilə müqayisədə daha asanlıqla iş tapa bilir və eyni zamanda işə götürənin tələblərini demək olar ki, tam qarşılamağa hazır olurlar.
- Financial Accounting (ACCA F3) ixtisaslarına iqtisadiyyatın hansı sahələrində tələbat böyükdür?
- Nə qədər ki biznes var, və maliyyə əməliyyatları (yəni alış-satış, ödəmə, kredit gtürmək və s.) mövcuddur, o qədər də mühasibatlığa ehtiyac olacaqdır. Özəl və ya dövlət, kiçik və ya iri olmasından asılı olmayaraq, hər bir müəssisədə onların maliyyə əməliyyatlarının uçotunun düzgün səkildə həyata keçirilməsi və müvafiq hesabatlılığın təmin edilməsi üçün maliyyə muhasibatlığı üzrə ixtisaslaşan peşəkarlara ehtiyac vardır.
- Qarşıdakı illərdə - Financial Accounting (ACCA F3) ixtisaslarına tələbatın artıb-azalacağı ilə bağlı gözləntilər necədir?
- Zənn edirəm ki, az əvvəl qeyd etdiyim səbəblərdən bu sahəyə getdikcə maraq daha da çoxalacaq və rəqabətlilik daha da artacaqdır.
- Hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da Financial Accounting (ACCA F3) ixtisası üzrə çoxsaylı kurslar mövcuddur, tədris mərkəzləri təlimlər keçirlər. Bunların hamını eyni dərəcədə keyfiyyətlidirmi? Daha keyfiyyətli kursları necə fərqləndirmək olar?
- Əlbəttə ki, eyni keyfiyyətdə deyildir, çünki hər bir kursun özünəməxsus tədris metodikası mövcuddur. Onlarin keyfiyyəti, zənnimcə, o kursu bitirənlərin kursun sonunda verdiyi imtahanlarin nəticələri ilə eyni zamanda həmin kursu bitirənlərin bu sahəyə nə dərəcədə yiyələnməsi və real praktikada bunu nə dərəcədə tətbiq edə bilmək səviyyələri ilə ölçülür.
- «LearningHub»da bu ixtisasa sahib olmaqla bağlı sertifikatlaşdırma və tədrisin keyfiyyətinə nəzarət necə aparılır?
- Bu kursun sonunda tədris mərkəzi tərəfindən hansısa bir sertifikat təmin edilmir. Lakin bu kursu bitirənlər kursun sonunda ACCA tərəfindən onlayn şəkildə təşkil olunmus imtahanda iştirak edir və nəticədə 50%-dən çox sualı düzgün cavablandıran tələbələr ACCA tərəfindən muvafiq sertifikatlar ilə təmin olunur ki, bu sertifikatlar da demək olar ki, bütün dünyada keçərlidir və tanınır.
Tədrisin keyfiyyətinə gəldikdə isə, biz tələbələrimizə ACCA imtahanlarını uğurla keçə bilmələri uçun lazımi tədrisin göstərilməsini təmin edirik və mütəmadi olaraq kurs ərzində onların öyrəndiklərinin hansı səviyyədə olduğunu ölçmək məqsədi ilə daxili testlər tərtib edirik.