Dövlət büdcəsi üçün ağır yük olan müəssisələrin adı açıqlanıb.
FED.az xəbər verir ki, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə Hesablama Palatasının rəyinə əsasən dövlət zəmanətilə təmin edilmiş və bir sıra dövlət təşkilatlarına (“Baku Bus” MMC, “Azərkosmos” ASC, “Azərsu” ASC, “Azərenerji” ASC və sair) ötürülmüş kredit vəsaitlərinin əksər hissəsi büdcə vəsaiti hesabına qaytarılır ki, bu da gələcəkdə dövlət büdcəsi üçün ağır yükə çevrilir.
Bildirilir ki, qeyd olunanlar nəzərə alaraq həm daxili, həm də xarici dövlət borcu üzrə dövlət zəmanətli kreditlərin tərkib risklərini özündə birləşdirən borca xidmət göstərilməsi ilə bağlı gələcək xərclərin dayanıqlı olmasını təmin edən sistemin qurulması və dövlət zəmanətilə cəlb edilən kreditlərin bir hissəsinin şərti öhdəlik kimi təsnifləşdirilməklə borcun uçotunda əks edilməsi məqsədəmüvafiq hesab edilib.
Bunu da oxuyun: "Azər-Türk Bank"ın dövlətə ödəyəcəyi dividendin məbləği azaldılır