Almaniyada Rusiyanın bloklanan aktivlərinin məbləği təxminən 3,9 milyard avro qiymətləndirilir.
Zaxarova: "Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi oğurluqdur"
FED.az xəbər verir ki, bu barədə Almaniya Maliyyə Nazirliyinin statistik məlumatında yer alıb.
Məlumata görə, bu məbləğə təkcə Mərkəzi Bankın aktivləri deyil, həm də sanksiya siyahılarına daxil edilmiş Rusiyadan olan fiziki və hüquqi şəxslərin kapitalı daxildir.
Bundan başqa, 2024-cü ilin yanvarından Almaniyada bloklanan aktivlərin həcmi təxminən 200 milyon avro azalıb. Maliyyə Nazirliyi bunun bazardakı dalğalanmalarla bağlı olduğunu qeyd edib. (Trend)