Bu ölkədə minimum əmək haqqı artırılaraq - 2,5 DOLLARA YÜKSƏLDİ
08:343 May 2021
Venesuelada minimum əmək haqqı 2,5 dollara qaldırılıb.
FED.az xəbər verir ki, dollarla ifadədə cüzi məbləğ olsa da, yerli valyutada minimum əmək haqqının məbləği böyük görünür.
Belə ki, ölkənni əmək naziri Eduardo Pinyate bildirib ki, mayın 1-dən minimum əmək haqqı 7 milyon volivar təşkil edəcək.
Minimum əmək haqqının artırılması ilə yanaşı, yoxsul ölkə vətəndaşları 3 milyon bolivar məbləğində talon da alacaqlar. Onlar bu talonlarla əsas tələbat məhsulları götürə biləcəklər.
İndiyədək ölkədə minimum əmək haqqı 1,8 mln. Bolivar, yəni təqribən 0,64 dollar idi.