Maliyyə

Bu ölkə “Visa” və “MasterCard”dan - İMTİNA EDİR

Bu ölkə “Visa” və “MasterCard”dan - İMTİNA EDİR | FED.az
10:28 21 May 2019

Venesuelanın Mərkəzi Bankı və bank sektorunun institut idarəsi (SUDEBAN), “Visa”, “Mastercard” və “Maestro” ilə mövcud müqavilələrdən imtina etməyi planlayırlar.

FED.az Banker.az-a istinadən xəbər verir ki, qeyd edildiyi kimi, debet kartları üzrə əməliyyatlar 2019-cu ilin 30 noyabr, kredit kartları üzrə əməliyyatlar isə 2020-ci ilin 30 yanvar tarixindən etibarən dayandırılacaq.

SUDEBAN ölkənin maliyyə qurumlarına müstəqil ödəniş sisteminin yaradılmasını və biometrik identifikasiya ilə suveren ödəniş sisteminin inkişaf elətdirilməsini tapşırıb.

Bütün bu tədbirlər “Visa” və “Mastercard” ödəniş sistemlərinin sanksiyalarından xəbər verir.

Eləcə də bax: Azərbaycanda işçinin 1 saatına düşən gəlir: Kim nə qədər alır? - SİYAHI

Digər xəbərlər