Litiuma tələb tarixin ən yüksək səviyyələrinə çıxıb. Litiumun qiyməti son on ayda 3 dəfə artıb.
Bu metal ağıllı telefonlara və kompüterlərə güc verən batareyaların istehsalında istifadə edilir. Ancaq son dövrdə elektrikli avtomobillərin də ortaya çıxması bu metala tələbi heç olmadığı qədər artırıb.
Problem isə bu metalın azlığı deyil. Dünyadakı bütün elektrikli avtomobillər və texnologiya cihazları üçün qlobal litium ehtiyatlarının 1%-nin yetərli olacağı bildirilir. Problem bu metala artan tələbatı qarşılayacaq sürətdə mədənlər açmaqdadır.
Dünyada hazırda ən çox litium istehsalı Çilidə həyata keçirilir, ancaq bu ölkədə də ekoloq qruplarının təsiri ilə istehsala kvota tətbiq olunur.
Litium hasilatında çətinlik yaşanacağı narahatçılıqları ilə bu metalın qiyməti son on ayda ton başına üç dəfə artımla 20 min dolların üzərinə çıxıb.
Bu səbəbdən bu metalı ən çox istehsal edən "Tianqi Lithium", "SQM", "Albemarle" və FMC şirkətlərinin 2030-ci ilə qədər yeni mədən sahələri açmaq üçün 350 ilə 750 milyard dollar arasında sərmayə yatırmaları gözlənilir.