2022-ci ilin ilk 6 ayının nəticələrinə görə, dövlət büdcəsində 1 milyard 268 milyon manatlıq artıq vəsait toplanıb.
Eləcə də bax: Nazir: Neftin qiyməti büdcədə istinad götürülən qiyməti - 2 Dəfədən Artıq Üstələyib
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı dövlət büdcəsinin icrası ilə bağlı məlumatda bildirilir.
Məlumata əsasən, 2022-ci ilin ilk yarım ilində dövlət büdcəsinin mədaxili 14 milyard 205,5 milyon manat, xərcləri 12 milyard 936,6 milyon manat olmuş, 1 milyard 268,9 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.