2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.4% artaraq 31 milyard 542.5 milyon manat təşkil edib.
"Cari ilin sonuna əhəmiyyətli maliyyə qalığının yaranacağı gözlənilir"
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin 10 ayında büdcənin xərcləri isə 5.5% artaraq 28 milyard 28 milyard 108.2 milyon manata yüksəlib.
Bu ilin yanvar-oktyabr ayları ərzində dövlət büdcəsinin profisiti 3 milyard 437.3 milyon manat təşkil edib. 2023-cü ilin eyni dövründə isə dövlət büdcənin icrasında 217,8 milyon manatlıq kəsir yaranmışdı.