Özəlləşdirmə sahəsində güzəşt müəyyənləşib.
FED.az xəbər verir ki, bu, Vergilər Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin dövlət proqramlarına uyğun olaraq 2023-cü il 1 yanvar tarixindən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus hüquqi şəxslərin özəlləşdirilməsi barədə qərarın qəbul edildiyi ildən etibarən özəlləşdirilmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq əmlak və torpaq vergilərini ödəməkdən azad ediləcək.