Bu ilin əvvəlindən indiyədək Rusiyada 1 milyon vətəndaş ümumi məbləği 2,7 trilyon rubl (təqribən 34 milyard dollar) olan ipoteka kreditləri götürüb.
FED.az xəbər verir ki, bu barədə «Dom.RF» şirkətinin baş direktoru Vitali Mutko bildirib. Onun sözlərinə görə, təkcə sentyabrda ümumi məbləği 500 milyard rubl (6,3 milyard dollar) olan 180-185 min ipoteka krediti verilib. ⠀
«Bu nəticə güzəştli ipoteka proqramı sayəsində mümkün olub. Nəticədə sentyabrda yeni tikililərin alınması üçün bütün kredpitləri 90%::-i güzəştli ipoteka olub. Eləcə də Rusiyada ipoteka kreditərinin faiz dərəcəsinin tarixi minimuma (illik 7,16%) enməsi də ipoteka kreditlərinə marağın kəskin artması ilə nəticələnib.