Mərkəzi Bankın sədri Elman Rüstəmov bu il proqnozlaşdırılan 6 faiz inflyasiyanın səbəblərini açıqlayıb.
Eləcə də bax: “İnflyasiyanın sürətlənməsi müşahidə edilir”
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu gün Milli Məclisdə gələn il üçün büdcə zərfinin müzakirəsi zamanı E. Rüstəmov deyib ki, xarici amillər hesabına inflyasiya 2,5 faiz olacaq.
Mərkəzi Bankın sədri daxil amillər hesabına 2, 5 faiz, monetar siyasət hesaba isə 1, 3 faiz inflyasiya proqnozlaşdırıldığını söyləyib: “Bu da 6 faizə yaxın inflyasiya deməkdir”.