Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 32,3 milyon manat təşkil edib və yarımillik proqnoz 72,8% icra edilib.
Eləcə də bax: Hesablama Palatası 6 aylıq hesabatını açıqladı -TAM MƏTN
FED.az bu barəsdə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, dövlət əmlakının icarəsindən isə büdcəyə 7,2 milyon manat ödənilib və yarımillik proqnoza 134,2% əməl olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə icarədən dövlət büdcəsinə daxilolmaların həcmi 58,7% artıb. (Report)