Bu ilin birinci yarısında Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən sahibkarlara 3 004 layihə üzrə maliyyə dəstəyi göstərilib.
Azərbaycanda şirkətlərin sayı 6 faizdən çox artıb
FED.az biznes və maliyyə xəbərləri portalı Fonda istinadən xəbər verir ki, bu çərçivədə sahibkarlara ümumilikdə 136,5 milyon manat həcmində güzəştli kredit verilib.
Qeyd edək ki, ABDF-in güzəştli kreditləri illik faiz dərəcəsi 5%-dək olmaqla təqdim olunur və 5 ilədək güzəşt müddəti tətbiq olunur. Bu əlverişli şərtlər sahibkarların maliyyə yükünü azaltmaqla onların investisiya imkanlarını genişləndirir, biznes fəaliyyətinin inkişafını və regionlarda iqtisadi aktivliyin artmasını dəstəkləyir.














