Bu ilin mayında Azərbaycanda Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin toplantısı keçiriləcək.
Azərbaycanda torpaq qanunvericiliyi niyə pozulur?
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc “Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” forumunda çıxışı zamanı deyib.
O bildirib ki, AQC təşəbbüskar olaraq Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunmasında iştirak edib.
"Ötən il Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti üçün əhəmiyyətli illərdən olub. Uzun illərdir ki, ölkədə qiymətləndirmə sektorunu AQC tənzimləyib. Forumun məqsədi maliyyə hesabatlılığını, şəffaflığı yeni dövrün çağırışları sırasında bir daha vurğulamaqdır. Biz ötən ilin sonunda Auditorlar Palatası ilə müqavilə imzalamışıq. Bu çox gözəl ənənədir. Digər qurumları da bu istiqamətdə cəlb etməliyik", - deyə V.Oruc diqqətə çatdırıb. (Azərtac)