Xəbər verildiyi kimi bu gün yanvarın 31-də Azərbaycan Mərkəzi Bankı faiz dəhlizinin parametrləri ilə bağlı qərarını – faiz qərarını açıqlayacaq.
FED.az xəbər verir ki, faiz dəhlizinin parametrləri üzrə qəbul edilən qərarlar ölkənin maliyyə bazarının requlyatoru üçün iqtisadiyyata, xüsusilə də inflyasiyaya və iqtisadi artıma təsir baxımından əsas rıçaqlardan biridir. 2023-cı ildə bu sahədə baş verən əsas dəyişiklik, indiyədək ənənəvi olaraq daha çox formal xarakter daşıyan uçot dərəcəsinin dəyişməsinin iqtisadiyyata təsirinin artmasıdır.
2023-cü ildə Mərkəzi Bankın faiz dəhlizinin parametrləri ilə bağlı 7 dəfə qərar verib. Bu qərarlar ölkədəki inflyasiya və iqtisadi artımı nəzərə almaqla atılıb.
İlin əvvəlində AMB inflyasiyanı cilovlamaq üçün faizləri artırmağa cəhd edib, ilin 2-ci yarısında isə iqtisadi artımı sürətləndirmək üçün faizlərin azaldılması proses başlayıb. AMB-nin bu günkü qərarı həm də ölkənin maliyyə bazarının requlyatorunun artıq bir ayı arxada qalan ildə Azərbaycan iqtisadiyyatı ilə bağlı gözləntilərinin göstəricisi olacaq.
FED.az Azərbaycan Mərkəzi Bankının 2023-cü ildə verdiyi faiz qərarlarını təqdim edir.
1 fevral 2023-cü il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.25%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 6.75%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 9.5%-ə qaldırılmışdır.
29 mart 2023-cü il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.5%-dən 8.75%-ə, faiz dəhlizinin aşağı həddi 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.75%-ə qaldırılmışdır.
3 may 2023-cü il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.75%-dən 9%-ə, faiz dəhlizinin aşağı həddi 0.5 faiz bəndi artırılaraq 7.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 0.25 faiz bəndi artırılaraq 10%-ə qaldırılmışdır.
26 iyul 2023-cü il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%, faiz dəhlizinin aşağı həddi 7.5%, faiz dəhlizinin yuxarı həddi isə 10% səviyyəsində dəyişməz saxlanılmışdır.
20 sentyabr 2023-cü il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%, faiz dəhlizinin aşağı həddi 7.5%, faiz dəhlizinin yuxarı həddi isə 10% səviyyəsində dəyişməz saxlanılmışdır.
01 noyabr 2023-cü il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 9.5%-ə endirilmişdir.
20 dekabr 2023-cü il, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.5%-dən 8.0%-ə, faiz dəhlizinin aşağı həddi 7.0%-dən 6.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.5%-dən 9.0%-ə endirilmişdir.