Bu gün 77,9 milyon dollar satıldı - VALYUTA HƏRRACI 12:54 21 May 2024 21 may 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. FED.az xəbər verir ki, hərracda tələb 77,9 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.